Biryulevo bazarının direktoru Azərbaycanda gizlənir

Biryulevo bazarının direktoru Azərbaycanda gizlənir
  30 Noyabr 2013    Oxunub:1224
Qeyri-qanuni miqrasiyanın təşkilində günahlandırılan “Novıye Çeremuşki” ASC-nin əsas səhmdarı və sahibi İqor İsayev, eləcə də meyvə-tərəvəz bazasının baş direktoru Əliəshəb Hacıyevin Rusiyadan xaricə qaçıb. Bu barədə AzVision. az rus mətbuatına istinadən xəbər verir.

Rusiya hüquq-mühafizə orqanlarından verilən məlumata görə İqor İsayev Birləşmiş Ərəb Əmirliklərində, Əliəshəb Hacıyev isə Azərbaycanda gizlənir.

Hər iki şəxsə federal axtarışa verilib. Polislər Rusiya hüdudlarında da araşdırmalar aparmaq planlaşdırılıb.

Qeyd edək ki, Rusiya hüquq-mühafizə orqanları, , azərbaycanlı Orxan Zeynaov tərəfindən öldürüldüyü iddia edilən Yeqor Şerbakovun qətlindən 3 gün sonra, oktyabrın 16-da qalmaqallı Biryulevo meyvə-tərəvəz bazasının rəhbərliyinə qarşı cinayət işi açıblar.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti