Ümrə ziyarətinin vaxtı qısaldıldı

Ümrə ziyarətinin vaxtı qısaldıldı
  30 Noyabr 2013    Oxunub:1112
Səudiyyə Ərəbistanın gətirdiyi məhdudiyyətlər səbəbilə Ümrə ziyarəti 14 gün olacaq.
AzVision.az-ın məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanın Həcc Nazirliyinin rəsmi saytında məlumat verilib.

Haremi Şərifəki inşaat işləri ilə əlaqədar olaraq, 2013-2014-cü ildəki ümrə ziyarətçiləri 14 günə səfəri başa vurmalıdırlar.

Qeyd edək ki, noyabrın 28-dən etibarən bir çox müsəlman ölkələrində ümrə həccinə getmək istəyənlərin qeydiyyatı başlayıb. Qafqaz Müsəlmanları İdarəsi isə bildirib ki, Azərbaycanda ümrə həcci ilə bağlı müraciətlər 2014-cü ilin yanvar və ya fevral aylarında qəbul ediləcək.

Sevinc İltifatqızı


Teqlər:





Xəbər lenti