Putin Yerevanın yolarını bağladı

Putin Yerevanın yolarını bağladı
  30 Noyabr 2013    Oxunub:1241
Erməni müxaliflər daha da hiddətlənib
Rusiya prezidentinin Ermənistana səfəri ilə əlaqədar olaraq dekabrın 2-də Yerevanda bir neçə küçə müvəqqəti olaraq bağlanacaq.

Putinin gəlişi ilə bağlı nəqliyyatın işi üzrə xüsusi protokol və cədvəl hazırlanıb.

Qeyd edək ki, yolların bağlanması Putinin səfəri çərçivəsində etiraz aksiyaları keçirməyi planlaşdıran müxalifət nümayəndələrini daha da qəzəbləndirib. Müxaliflər iddia edirlər ki, bir sıra yollarda giriş-çıxışların tamamilə bağlanması Putinin rahatlığını təmin etməkdən çox, etriaz aksiyalarının qarşısını almağa yönəlib. Rusiya prezidentinə və Sarkisyan hökumətinə qarşı aksiya fəalları mitinq keçirmək fikrindən dönməyəcəklərini və hazırda onları dəstəkləyənlərin günü-gündən daha da artdığını bildirilər.

Səbinə Həsənova
AzVision .az



Teqlər:





Xəbər lenti