Ağstafada top mərmisi gilizi tapılıb
Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və DİN-in Ağstafa rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Ağstafa Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunan ərazidə otlaq sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb.
Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd top mərmisinin gilizi(tərkibində heç bir partlayıcı maddə olmayan) aşkar olunmuş, götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınb.
Gilizin ətrafında 250 kv.m əraziyə yerüstü, 20 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Azvision.az