5 manata nehrə yağı satanlar dələduzdurlar

   5 manata nehrə yağı satanlar dələduzdurlar
  09 İyul 2019    Oxunub:2539
Cənub rayonunda 6 süd emalı müəssisəsinin məhsullarının nəticələri artıq bəllidir. "Nehrə yağı" adı altında Azərbaycanın müxtəlif regionlarının satışına verilən "Nehrə yağı"nın tərkibində müxtəlif qarışıqlıq və insan orqanizmi üçün təhlükəli maddələr aşkar olunub.
Azvision.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib. O bildirib ki, 5 manata nehrə yağı satırlar.

"Bu qiymətə nehrə yağı olmur. Onlar cinayətkar və dələduzdurlar. Həmin sexlərin yanında yaşayan əhali trans yağların qatılıb "nehrə yağı"adı altında satılması barədə məlumatları olsa da, bizə və hüquq mühafizə orqanlarına məlumat verməyiblər. İctimai nəzarət də olmalıdır".

Q.Təhməzli palma yağları ilə bağlı narahatlığa da aydınlıq gətirib. O bildirib ki, məhsulun tərkibində palma yağının olması önəmli deyil, orada trans yağın miqdarının nə qədər olması vacibdir.

Aytən Zəhra
Azvision.az



Teqlər: AQTA  





Xəbər lenti