AQTA 579 yoxlamada 280 minlik cərimə yazıb

   AQTA 579 yoxlamada 280 minlik cərimə yazıb
  09 İyul 2019    Oxunub:2149
“Qida təhlükəsizliyi nəzarəti sahəsində agentlik tərəfindən Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış almaqla 277 planlı, 302 plandankənar olmaqla ümumilikdə 579 yoxlama aparılıb və 390 iş üzrə inzibati tənbəhvermə haqqında qərar qəbul edilib”.
Azvision.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib. O bildirib ki, inzibati tənbəhvermə haqqında qərarlardan 5-i şərti cərimə, 22-si xəbərdarlıq, 363-ü isə inzibati qaydada cərimə edilməsi barədə qərar qəbul edilib və 9850 manatlıq şərti cərimə olmaqla, 280 100 manat cərimə tətbiq edilib.

Q.Təhməzli bildirib ki, agentlik tərəfindən idxal və ixrac əməliyyatları zamanı 63 926 fitosanitar sertifikat və icazə sənədi, 20 830 qida təhlükəsizliyi sertifikatı, 12 989 baytarlıq sertifikatı və digər icazə sənədləri verilib .

Aytən Zəhra
Azvision.az


Teqlər: AQTA   Cərimə  





Xəbər lenti