Milli Məclisin növbədənkənar sessiyası başlayıb

   Milli Məclisin növbədənkənar sessiyası başlayıb
  09 İyul 2019    Oxunub:1602
Milli Məclisinin növbədənkənar sessiyasının növbəti plenar iclası başlayıb.
Azvision.az xəbər verir ki, iclasın gündəliyinə 38 məsələ daxildir.

Bunlar "Məhkəmələr və hakimlər haqqında", "Dövlət rüsumu haqqında", "Əmək pensiyaları haqqında", "Yol hərəkəti haqqında", “Dövlət satınalmaları haqqında” qanunlara, o cümlədən Cinayət, Cinayət Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihələridir. Dəyişiklik layihələri 2-ci və 3-cü oxunuşda müzakirə olunacaq.

Bundan başqa, deputatlar "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsinə də baxacaqlar.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti