Füle Azərbaycanla viza müqaviləsinə sevinir

Füle Azərbaycanla viza müqaviləsinə sevinir
  29 Noyabr 2013    Oxunub:1104
Sisiliya Malmştröm və Ştefan Füle Azərbaycanla Viza Rejiminin Sadələşdirilməsi Müqaviləsini alqışlayır

AzVsion.az-ın bir müddət əvvəl xəbər verdiyi kimi, bu gün “Şərq tərəfdaşlığının” Vilnüsdə keçirilən Sammitində Azərbaycanla Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi üzrə müqavilə imzalanıb.

Avropa İttifaqının daxili işlər üzrə komissarı Sisiliya Malmştröm Azərbaycanla Viza Rejiminin Sadələşdirilməsi Müqaviləsini dəstəklədiyini bildirib:

“Azərbaycanla viza rejimi barədə razılaşma imzalanması məni məmnun etdi. Bu razılaşma Azərbaycan vətəndaşlarına Şengen zonasına daha rahat səfər etməsinə imkan yaradacaq. Bu Avropa İttifaqı ölkələri ilə Azərbaycan vətəndaşlarının bir-biri ilə daha yaxından tanış olmağa, qaynayıb-qarışmasına imkan yaradacaq”.

Aİ ilə Azərbaycan arasında sözügedən razılaşma, qurumun Genişlənmə və Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füleni də məmnun edib.

“Vilnüsdə Şərq tərəfdaşlığı Sammitində imzaladığımı bu müqavilədən xeyli razı qaldım. Bu Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın çox mühüm bir mərhələsidir və Azərbaycan vətəndaşları üçün nəzərəçarpacaq dərəcədə əhəmiyyətli bir hadisədir”.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti