Yol polisindən xaricə səfər edənlərə müraciət

Yol polisindən xaricə səfər edənlərə müraciət
  04 İyul 2019    Oxunub:1959
Baş Dövlət Yol Polisi İdarəsi beynəlxalq yük və sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə, eləcə də şəxsi nəqliyyat vasitələri ilə ölkə xaricinə səfər edən vətəndaşlara müraciət edib.
İdarədən Azvision.az -a verilən məlumata görə, Gürcüstanın və Bolqarıstanın yol hərəkəti haqqında qanunvericilik aktlarına bəzi əlavə və dəyişikliklər edilib.

Əsasən yol hərəkəti qaydalarının pozuntuları ilə bağlı tətbiq edilən inzibati tənbeh tədbirlərinə, hərəkətin məhdudlaşdırılması hallarına və müəyyən kateqoriyalı nəqliyyat vasitələrinin icazə verilən maksimum çəki və ölçü parametrlərinə dair qaydalara edilmiş həmin əlavə və dəyişikliklərlə maraqlanan şəxslər Gürcüstan hökumətinin 2019-cu il 1 iyul tarixli 393 saylı qərarı, habelə Bolqarıstan Respublikasının müvafiq agentliyinə məxsus veb-səhifəsi vasitəsilə daha ətraflı məlumat ala bilərlər.

Azvision.az


Teqlər: DYP   Yol-Polisi  





Xəbər lenti