Leyla Əliyeva "Live Life" sərgisində - FOTOLAR
Qeyd edək ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının fərqlənmiş 30 tələbəsi "Live Life" sərgisi çərçivəsində iyulun 2-dən Heydər Əliyev Mərkəzində yay təcrübəsi keçir.
İyulun 6-dək davam edəcək yay təcrübəsinin mövzusu "Live Life" sərgisinin ideyası ilə səsləşir və ətraf mühitin problemlərinə, təbiətin qorunmasına, incəsənətin bu sahədə roluna dair ictimaiyyətin maarifləndirilməsinə diqqətin cəlb edilməsini nəzərdə tutur.
Layihədə iştirak edən tələbələr yaradıcılıq üçün zəruri baza dəstləri ilə təmin olunublar. İştirakçılardan hər biri həvəsləndirici mükafat alacaq. Layihənin sonunda isə onların arasından üç qalib seçiləcək və mükafatlandırılacaq.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunmuş "Live Life" sərgisi London, Paris, Berlin, Moskva və Tbilisidə nümayişdən sonra Bakıya gətirilib və 2018-ci il sentyabrın 28-dən Heydər Əliyev Mərkəzində təqdim edilir. Ekspozisiyada 200-dən çox əsər yer alıb.
Azvision.az
Teqlər: Leyla-Əliyeva Sərgi Tələbə