Larri Kinq Dağlıq Qarabağa gəlir

Larri Kinq Dağlıq Qarabağa gəlir
  29 Noyabr 2013    Oxunub:956
AzVison.az erməni KİV-lərinə istinadən xəbər verir ki, tanınmış amerikalı jurnalist Larri Kinq Dağlıq Qarabağa səfər etmək niyyətindədir. Los-Ancelesdə Dağlıq Qarabağ prezidenti Bako Saakyanla görüşən 80 yaşlı tele-aparıcı Qarabağa dəvət təklifinə müsbət cavab verib.

Erməni Qroqoryan kilsəsinin arxiyepiskopu Ovnan Terteryan görüşün tezliklə baş tutacağını bildirib. “Çox güman ki, Larri Kinq Dağlıq Qarabağı tezliklə ziyarət edəcək”.

Xatırladaq ki, CNN telekanalının aparıcısı olan Larri Kinq ötən gün Los-Ancelesdə keçirilən Ümumerməni telemarafonunda yaxından iştirak edib.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti