Paşinyanın Qarabağla bağlı məktubu saxta çıxdı - FOTO
Bu feyk məktubu ilk dəfə informasiya təhlükəsizliyi üzrə ekspert Samvel Martirosyan aşkar edib. O, bildirib ki, yüksək ehtimalla məktubun mətni Ermənistanın hüdudlarından kənarda hazırlanıb. Ermənistan milli təhlükəsizlik xidmətinin mətbuat katibi Samson Qalstyan isə bu vəziyyəti şərh etməkdən imtina edib.
Ermənistan Xarici İşlər Nazirliyinin rəsmisi məktubun feyk olduğunu təsdiq edib, lakin onu şərh etmək istəməyib.
Kibertəhlükəsizlik üzrə ekspert Martirosyan qeyd edib ki, məktub çox savadlı hazırlanıb. Onun sözlərinə görə, hətta Paşinyanın ən qatı düşmənləri belə bu məktubun feyk olduğunu bildiriblər. Paşinyanın mətbuat katibi də bu məsələ ilə bağlı jurnalistlərin suallarını cavablandırmayıb. (AzərTAc)
Azvision.az