Bakı Mərkəzi Parkına gedən vətəndaşlar üçün yeni qaydalar
- Parkın ərazisində olan bütün itlər ağızlıq taxılmış halda və ipdə saxlanılmalıdır. Bəzi insanlar, xüsusilə uşaqlarla parkı ziyarət edənlər itdən qorxurlar.
- Ot örtüyü üzərində it gəzdirməyə icazə verilməməlidir. Təəssüf ki, bəzi insanlar ev heyvanlarının arxasınca təmizləyə bilmir, ot örtüyünə zərər verir və bu da digər insanlar üçün örtüydən istifadə etməyə problem yaradır.
- Tuma yox deyək! Tumların Azərbaycanda çox dadlı və çox populyar olduğunu başa düşürük, ancaq bəzi insanlar tumun qabıqlarını yerə atmaqla bizim təmizləyicilərimiz üçün xoşagəlməz hal yaradırlar.
- Parkda nəzərdə tutulan skeytbord rampalarından başqa heç bir yerdə velosiped sürməyə icazə verilməyəcək. İnsanlar parkdan keçməlidirlərsə, onda velosipedlərini əllə aparmalı (yanlarında gəzdirməli) olacaqlar.
- Parkda xüsusi müəyyən edilmiş yerlərdən savayı, skeytbord sürməyə icazə verilmir. Parkın ərazisində müəyyən edilmiş yerlərə kimi skeytbord əldə daşınmalıdır.
- Böyüklər üçün nəzərdə tutulan idman sahələri yalnız böyüklər üçündür. Uşaqlarınızın bu fitness mərkəzinə gəlməsinə icazə verməyin. Bu onlar üçün təhlükəlidir və böyüklərin də avadanlıqlardan istifadə etməsinə maneə törədir. Uşaq oyun meydançaları ilə əlaqədər da eyni şəkildə danışmaq olar - yalnız uşaqlar üçün nəzərdə tutulub. Gələn həftə yaş qruplarını göstərən işarələri quraşdıracağıq. Park işçiləri sizin yaşınızı soruşarlarsa, xahiş edirik bundan inciməyin. Bu işçilər tərəfindən istifadəçilər üçün hər şeyin təhlükəsiz və rahat olmasını təmin etmək məqsədilə edilir.
- Xahiş edirik çiçəklərimizi, güllərimizi və digər dekorativ bitkilərimizi dərməyin. Parkın həm sizin üçün, həm də gələcək nəsillər üçün həmişə gözəl görünməsini istəyirik.
Mərkəzi Parkın məlumatında qeyd olunub ki, parkın gözəl görünməsi üçün bütün şəhərin və qonaqların köməyinə ehtiyacımız var:
“Ümumilikdə hər şey qaydasındadır. Amma biz bir qrup insanın ağacların gövdəsinin qabığını soymağı ilə qarşılaşmışıq. Bu isə böyük ehtimalla həmin ağacların qurumasına səbəb olacaq. Bundan əlavə, başqa ziyanlar da verilir, məsələn oturacaqların müxtəlif elementləri sındırılır. Qəbul edilə bilməyən bir hal gördükdə və ya sizi narahat edən bir hadisəyə şahid olduğunuz halda, Parkda patrul xidməti aparan Park işçilərindən biri ilə danışmağınızı məsləhət görürük”.
Azvision.az