Nəcməddin Sadıkov NATO komandanı ilə görüşdü - VİDEO
Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan general-polkovnik N.Sadıkov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olunmasının vacibliyini vurğulayıb.
Azərbaycana ilk səfərindən məmnunluğunu ifadə edən vitse-admiral K.Kilreyn Azərbaycanın Alyansın etibarlı tərəfdaşı olduğunu xüsusi qeyd edərək, ölkəmizin terrorizmlə mübarizədə iştirakını, sülhməramlı əməliyyatlar üçün yük daşımalarına önəmli töhfə verdiyini, Əfqanıstanda həyata keçirilən əməliyyatlarda sülhməramlılarımızın göstərdiyi peşəkarlığı yüksək qiymətləndirib.
Görüşdə tərəflər Azərbaycan və NATO-nun xüsusi təyinatlı qüvvələri arasında gələcək əməkdaşlığın inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.
Azvision.az