“Tariflər tələblərə cavab vermir, yeni yanaşma lazımdır”
O bildirib ki, qarşıda duran digər məsələ ölkədə yarana biləcək katostrafik risklərin sığortalanması istiqamətində müəyyən mexanizmin yaradılmasıdır.
"Başqa bir problem sığortalıların vahid məlumat mərkəzinin olmamasıdır. Belə reyestrin yaradılması üçün artıq model seçilib və texniki işlər həyata keçirilib. Sektorun əldə etdiyi üstünlük şəffaflığın təmin olunması, sığortanın tarixçəsinə və məsuliyyətli olunmasına baxıla bilməsidir".
İ.Alışov qeyd edib ki, bazara yeni sığorta məhsullarının gətirilməsi istiqamətində işlər gedir: "Bu, peşə məsuliyyətinin sığortası, sığorta agentlərinin məsuliyyətinin sığortası və tikinti işçilərinin sığortasıdır. Nəzarət buraxılış yerlərində sahibkarların saxlanc ərazilərində qalan əmlaklarının icbari sığortasının formalaşdırılmasına da ehtiyac var".
Aytən Zəhra
Azvision.az
Teqlər: İbrahim-Alışov Sığorta