Kemeron Şotlandiyanın müstəqilliyinə qarşı çıxdı

Kemeron Şotlandiyanın müstəqilliyinə qarşı çıxdı
  28 Noyabr 2013    Oxunub:1136
Böyük Britaniyanın baş naziri Şotlandiyanın müstəqilliyinə qarşı çıxdı: “Şotlandiya Böyük Britaniyadan ayrılmağa hazır deyil”
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Böyük Britaniyanın baş naziri Devid Kemeron Şotlandiyanın ölkəsinin tərkibindən çıxmaq planını və bu plandan bəhs edən 670 səhifəlik “Ağ kitab”ı tənqid edib.

“Bizə deyirdilər ki, bu sənəd bütün suallarımıza cavab verəcək. Lakin orada şotland valyutası, Şotlandiyanın Avropa Birliyi və NATO-ya üzvlüyü problemlərinə toxunulmayıb. Bizim hələ də çoxlu suallarımız qalıb”- deyə Britaniya Parlamentində çıxış edən Devid Kemeron bildirib.

Xatırladaq ki, Şotlandiya höküməti müstəqilliklə bağlı 2014-cü il sentyabrın 18-də umumxalq referendumu keçirəcəyini elan edib. Əgər şotlandlar müstəqillik planlarını dəstəkləsə, ölkə 2016-cı il martın 24-də müstəqilliyin elan edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti