Trampın son açıqlaması nefti bahalaşdırdı

Trampın son açıqlaması nefti bahalaşdırdı
  24 İyun 2019    Oxunub:1833
ABŞ prezidenti Donald Trampın İrana əlavə sanksiyalar tətbiq ediləcəyini açıqlamasından sonra neftin qiyməti kəskin bahalaşıb.
Azvision.az xəbər verir ki, ABŞ-İran qarşıdurması "qara qızıl"ın son 3 həftənin maksimumuna qalxmasına səbəb olub.

Hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 64,80 dollardan, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 57,40 dollardan baha satılır.

Qeyd edək ki, iyunun ortalarında neftin qiyməti son 5 ayın ən aşağı səviyyəsinə düşmüşdü. Son bir həftədə “qara qızıl”ın qiyməti 3-4 dollar/barrel bahalaşıb.

Azvision.az



Teqlər: ABŞ   İran   Neft   Birja  





Xəbər lenti