Sığorta sahəsində daha bir yenilik
"Daşınmaz əmlakın sığortalanması, bu sahədə aparılan diaqnostika təhlillər beynəlxalq təcrübə öyrənilməklə uzlaşdırılır. Beynəlxalq təcrübənin araşdırılması üçün işlər aparılır, sığorta şirkətləri ilə görüşürük. Beynəlxalq təcrübə nəzərə alınmaqla təkliflər hazırlanıb"
R.Əhmədov qeyd edib ki, hansı qeyri-yaşayış sahələrinin sığortalannması Fövqəladə Hallar Nazirliyi ilə inteqrasiya sahəsində görünəcək.
"FHN 150 min daşınmaz əmlak sayına bu gün nəzarət edir. FHN əməkdaşları küçədə gəzərək hansı qeyri-yaşayı sahəsinin sığortası olmadığını təsbit etməyəcəklər, bizim sistemimizdə görünəcək. Biz tezliklə bu inteqrasiyasını həyata keçirmək istəyirik ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin qeyri- yaşayış sahələrinin sığortalanması artsın. FHN maraqlıdır ki, risklər qiymətləndirilsin".
Aytən Zəhra
Azvision.az