Hadisələrin idarəetmə sistemi ilə bağlı Azərbaycanın risk xəritəsi hazırlanacaq.
Azvision.az xəbər verir ki, bunu İcbari Sığorta Bürosunun İcraçı Direktoru Rəşad Əhmədov deyib. O bildirib ki, bu, lazımi qurumlara veriləcək ki, onlar da uyğun bildikləri şəkildə problemi həll etsinlər.
"Statistik məlumatlar gələcəkdə atılacaq addımları müəyyənləşdirmək üçün vacibdir. Məsələn, mən sığorta şirkətlərində çalışdığım dövrdə Qazax-Bakı magistralında, Kürdəmir-Ucar arasındakı yolda mal-qara ilə əlaqədar avtomobil qəzaları baş verirdi. Statistik məlumatlar bunu ortaya qoyurdu. Bu nəzərə alınaraq həmin yolda mal-qaranın keçməsi üçün yeraltı keçidlər tikildi. Nəticədə həmin yolda qəzalar, insan ölümləri, avtomobillərə dəyən zərərlər azaldı", - deyə R.Əhmədov qeyd edib.
Aytən Zəhra
Azvision.az