Xarici diplomatlar DOST mərkəzində - FOTOLAR
Diplomatlar pensiya, müavinət və təqaüdlər, məşğulluq, əmək münasibətləri, əlillik, tibbi ekspertiza və protez-ortopedik təminat və s. sahələr üzrə xidmət bölmələri ilə tanış olublar. 1 saylı DOST mərkəzinin direktoru Seymur Alıyev hər gün burada 500-ə yaxın vətəndaşa xidmət göstərildiyini qeyd edib, Mərkəzin iş prinsiplərini diqqətə çatdırıb. Burada çalışan sosial agentlərin və könüllülərin iş funksiyaları, müraciət edən vətəndaşlara xidmət göstərilməsi prosesi barədə qonaqlara məlumat verilib.
Nümayəndə heyəti üçün Azərbaycanın əmək, məşğulluq, sosial təminat sahələrində elektron sistemlərinə, əhaliyə göstərilən e-xidmətlərə dair təqdimat edilib. Həmçinin DOST Agentliyinə dair videoçarxlar təqdim olunub.
Azvision.az