XİN Vaşinqton görüşü barədə açıqlama yaydı
Bildirilir ki, bu kimi görüşlər müsbət xarakter daşıyır və danışıqlar prosesinin irəli aparılmasına xidmət edir.
Üç saatdan çox davam edən görüşdə əsas müzakirə mövzusunu nazirlərin Paris və Moskva görüşləri nəticəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsi məsələsi təşkil edib.
Vaşinqton görüşündə həmsədrlər hər iki tərəfin diqqətinə münaqişənin sülh yolu ilə həlli prosesində irəliləyişə nail olmaq üçün konkret nəticələrə yönəlmiş təkliflər təqdim ediblər.
Yaxın aylarda eyni formatda növbəti görüşün keçirilməsinə dair ümumi razılıq əldə olunub.
Azvision.az
Teqlər: XİN Məmmədyarov