Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu publik hüquqi şəxsə çevrilir
Fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu nazirliyin tabeliyində publik hüquqi şəxs statusu olan Tərəvəzçilik Elmi Tədqiqat İnstitutuna çevrilmə yolu ilə yenidən təşkil ediləcək. Publik hüquqi şəxsin fəaliyyətə başlaması və nizamnamə fondunun formalaşdırılması üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 1 milyon manat ayrılıb.
Azvision.az
Teqlər: Prezident İlham-Əliyev Fərman