Neftin qiyməti bahalaşır

  20 İyun 2019    Oxunub : 968
Neftin qiyməti bahalaşır
Dünya birjalarında neftin qiyməti bahalaşır.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,17 dollar artaraq 62,99 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,92 dollar bahalaşaraq 54,68 dollar təşkil edib.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,64 dollar ucuzlaşaraq 63,47 dollar təşkil edib.

Azvision.az

Teqlər: Neft