Taxıl Fondu buğda tədarükü elan edilib
Qəbul ediləcək buğda Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş Dövlət Taxıl Fonduna tədarük olunan taxıl üçün qəbul edilmiş aşağıdakı keyfiyyət göstəricilərinə cavab verməlidir:
I. Dənin naturası (bir litrlik purkalarda qramla):
buğda üçün – 750 q/l-dən az olmamaqla
II. Alaq otları (zibil) qarışığı (faizlə)
buğda üçün – 2 faizdən çox olmamaqla
III. Dən qarışığı (faizlə):
buğda üçün – 5 faizdən çox olmamaqla
IV. Nəmlik (faizlə):
bütün bitkilər üçün – 13,0 faizdən çox olmamaqla
V. Yapışqanlıq:
3-cü sinif buğda üçün – 23 faizdən az olmamaqla
yapışqanlığın keyfiyyəti – 2-ci qrupdan aşağı olmamaqla (göstərici: 65-75)
VI. Şüşəvarilik:
3-cü sinif buğda üçün – 40% -dən az olmamaqla
VII. İyi və dad – bütün bitkilər üfunət, səməni, acıyovşan və ya dənli bitkilərə xas olmayan və onların emalı məhsullarına keçən (kerosin, benzin, sarımsaq və buna oxşar maddələr) digər iy və dad – yol verilmir
VIII. Sürmə ilə sirayətlənmiş dənlər – yol verilmir
IX. Anbar ziyanvericiləri ilə sirayətlənmə - yol verilmir
X. Digər əlamətlər – bütün bitkilər üçün karantin və iqtisadi cəhətdən təhlükəli xəstəlik, zərərverici və alaq otlarının toxumları olan dən (heyvanların yoluxucu və ya tarlada qışlayan xəstəliklərlə sirayətlənmiş, tərkibi toksiki elementlər, radionukleidlər, pestisidlərlə çirklənmiş dənlər, həmçinin ekoloji baxımdan əlverişsiz təsərrüfatlarda becərilmiş məhsul) – yol verilmir
Bu keyfiyyət göstəricilərinin tələblərinə cavab verməyən və məhsulun keyfiyyət göstəriciləri barədə akkreditə olunmuş laboratoriyadan sertifikatı olmayan buğda məhsulu qəbul edilməyəcək. Taxılın özüboşaldan yük maşınları ilə gətirilməsi tövsiyə edilir.
Əlaqə telefonları və qəbul məntəqələrinin ünvanları (9:00 -dan 18:00 -a kimi):
“Gəncə Taxıl Elevatoru”: Gəncə şəhəri, Azərbaycan əsgəri küçəsi-20, tel: 050-660-39-03;
“Səngəçal Taxıl Elevatoru”: Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı-Salyan şossesinin 51-ci kilometrliyi, tel: 050-218-30-06;
“Abşeron Taxıl” MMC: Abşeron rayonu, Xırdalan şəhəri, Samaxı şossesi, tel: 012-342-90-04; 050-488-88-80;
“Dəvəçi-Dəyirman MMC”: Şabran şəhəri, Nizami küçəsi-1, tel: 050-314-39-21;
“Karat-Holdinq”: Xirdalan şəhəri, Samaxı şossesi-23, tel: 050-222-38-36;
“Karmen” MMC: Abşeron rayonu, Yeni Samaxı şossesi-23, tel: 050-265-80-75;
“Gəncə-Dəyirman” MMC: Gəncə şəhəri, Kimyaçılar küçəsi-1, tel: 050-320-64-54;
“N.Quliyev adına Bakı-Taxıl” ASC: Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə. tel: 012-566-00-44; 050-214-72-81;
“Muğan” ASC “, Bakı şəhəri, Əli bəy Hüseynzadə küç., tel: 012-596-50-74, 012- 497-43-58, 050-322-12-75;
“Aveta” MMC: Kürdəmir şəhəri, Bakı pospekti 6, tel: 0-50-200-11-87;
“Karat-Holdinq” MMC-nin Şəki bölməsi, tel: 050-613-53-69;
“Xaçmaz-Taxıl” MMC: Xaçmaz şəhəri, tel: 050-590-18-36;
“Xırman” MMC: Biləcəri qəsəbəsi, tel: 077-270-97-20;
“SAF Ekspress Aqro” MMC: Xırdalan şəhəri, tel: 050-630-65-92;
“Azəri-Arapoğlu” US və T.LTD BM, Gəncə şəhəri, tel: 050 222 65 22;
“Azaqrotaxıl” MMC, Ağcabədi rayonu, Hindarxı kəndi, tel: 050-255-49-55;
“Sarı Sünbül” firması, Giləzi, tel: 050-212-29-66.
Daxili malgöndərənlərdən tədarük edilən taxılın qəbulu üçün tələb edilən sənədlər:
Dənin keyfiyyət göstəricilərinə görə verilmiş uyğunluq sertifikatının surəti. Uyğunluq sertifikatı könüllülük prinsipi əsasında təqdim edilə bilər. 1 iyul 2018-ci il tarixindən buğda məhsulu istehsalçılarının qeydiyyata alınmaları üçün Qida Təhlükəsizliyi Agentliyinə müraciət etmələri tövsiyə edilir;
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş daxili karantin sertifikatı.
Əlavə məlumat almaq üçün FHN-in 012-512-50-25 və 070-271-71-33 telefon nömrələrinə, habelə “112” qaynar xəttinə müraciət etmək olar.
Azvision.az