İndiyədək 427,8 min hektar sahədə taxıl biçilib

  19 İyun 2019    Oxunub : 1015
İndiyədək 427,8 min hektar sahədə taxıl biçilib
Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1 milyon 9 min 139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677 min 793 hektarı buğda, 331 min 346,8 hektarı arpa sahəsidir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Azvision.az -a verilən məlumata görə, iyunun 19-na olan operativ məlumata görə, ölkə ərazisində 427 min 832,6 hektar ərazidə taxıl biçini aparılıb, 271 min 634,3 hektar ərazidə arpa, 156 min 198,4 hektar ərazidə buğda biçini başa çatıb.

Ümumilikdə bu günədək ölkə üzrə 1 milyon 329 min 476,2 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 31 sentner təşkil edir.

Bərdə, Zərdab, YevlaxSabirabad rayonlarında arpa biçini başa çatıb. Kürdəmir, Beyləqan, Cəlilabad, Masallı, Qax, Biləsuvar, İmişli, Saatlı, rayonlarında arpa biçini başa çatmaq üzrədir.

Kürdəmir ərazisində arpa əkilmiş 29 min 926 hektar sahənin 29 min 670 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 33,3 s/ha təşkil edir. Şəki, Cəlilabad, Masallı, Hacıqabul, Salyan, Ağsu, Ağdaş, Bərdə, Goranboy, Qax, Ağcabədi, Füzuli, Ağdam, Tərtər rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib.

Azvision.az

Teqlər: KTN   Taxıl