İnam Kərimov İsmayıllıda qəbul keçirəcək

İnam Kərimov İsmayıllıda qəbul keçirəcək
  18 İyun 2019    Oxunub:1647
Kənd Təsərrüfatı naziri İnam Kərimov iyunun 21-də saat 10:00-da İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında İsmayıllı və Qəbələ rayonlarının sakinləri ilə görüşəcək.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Azvision.az -a verilən məlumata görə, iyunun 21-də saat 10:00-da Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzində Şamaxı və Ağsu rayonlarından olan vətəndaşları, nazir müavini Seyfəddin Talıbov isə Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzində Göyçay və Ağdaş rayonlarından olan vətəndaşları qəbul edəcəklər.

Vətəndaş qəbulunda iştirak etmək istəyənlər İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-332-74-44), Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinə (055-336-20-90) və Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-381-73-38) müraciət edə bilərlər. Qəbula yazılmaq üçün, həmçinin nazirliyin Çağrı mərkəzi (1652) və elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçmək olar.

Azvision.az



Teqlər: Nazir   Qəbul  





Xəbər lenti