Hövsandakı güzəştli mənzillər 2020-ci ildə hazır olacaq

  18 İyun 2019    Oxunub : 753
Hövsandakı güzəştli mənzillər 2020-ci ildə hazır olacaq
Xəzər sahilindən 2 kilometr məsafədə, ekoloji cəhətdən təmiz və yaşayış üçün rahat bir məkanda yerləşən Hövsan Yaşayış Kompleksinin tikintisi sürətlə davam etdirilir.
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) İctimaiyyətlə əlaqələr sektorundan Azvision.az -a verilən məlumata görə, 2020-ci ilin birinci yarısında mənzillərin vətəndaşlara təklif edilməsi planlaşdırılır.

On bir çoxmənzilli yaşayış binasından ibarət olan Hövsan Yaşayış Kompleksi 2962 ailəni mənzillə təmin edəcək. Kompleksin tikintisinin hazırkı vəziyyəti ilə bağlı videoçarx hazırlanıb.



Azvision.az

Teqlər: MİDA