Neft hasilatı ilə bağlı yeni razılıq əldə oluna bilər

Neft hasilatı ilə bağlı yeni razılıq əldə oluna bilər
  17 İyun 2019    Oxunub:2305
Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin neft hasilatının azaldılmasına dair ilkin razılığı iyulun əvvəlində ola bilər.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih deyib. O bildirib ki, istehsalın azaldılmasının uzadılması barədə ilkin razılıq iki həftə sonra Vyanada baş tutacaq iclasda əldə edilə bilər.

Bu il neft bazarında ümidverici il olduğunu deyən nazir ilin sonuna qədər neft bazarının sabitləşəcəyinə ümid etdiyini vurğulayıb.

Azvision.az



Teqlər: Səudiyyə-Ərəbistanı   OPEC   Neft  





Xəbər lenti