“Vergi ödəyiciləri müxtəlif bəhanələr gətirirlər” - Nazir

  “Vergi ödəyiciləri müxtəlif bəhanələr gətirirlər” -   Nazir
  14 İyun 2019    Oxunub:2264
Mövcud qanunvericilik obyektlərdə post-terminallar vasitəsilə ödənişlərdən imtina faktına görə məsuliyyət tədbirləri nəzərədə tutmur.
Azvision.az xəbər verir ki, bunu Vergilər naziri Mikayıl Cabbarov "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, nağdsız ödənişlərin qəbulundan imtinaya görə məsuliyyət müəyyən etməyib. “Bu isə bəzi vergi ödəyicilərinə müxtəlif bəhanələr gətirməklə post-terminallardan istifadədən yayınmağa şərait yaradır. Vergilər Nazirliyi bu məsələ ilə bağlı qanunvericilik təşəbbüsü ilə çıxşı edib. Lakin qurumlararası razılaşma prosedurları zamanı bu təşəbbüs dəstəklənməyib. Əgər yenidən bu mövzu gündəmə gələrsə - Milli Məclis qanunvericilik təşəbbüsünə malik olan orqandır, təbii olaraq biz həmin qanun layihəsini yenidən təqdim etməyə hazırıq”.

Nazir qeyd edib ki, yeni nəsil nəzarət kassalarının tətbiqi nəzərdə tutulur: “Burada iki vacib məqam var. Yanvar ayının 1-dən nağdısz qaydada ödənilmiş ƏDV-nin 15%-nin, nağd qaydada ödənilmiş ƏDV-nin 10%-nin geri qaytarılması ilə bağlı Vergi Məcəlləsinə yeni müddəa əlavə edilib. Hazırda bu prosesin başlaması üçün müvafiq hüquqi, təşkilatı işlər davam edir. Burada müəyyən məsələlərin sürətləndirilməsinə ehtiyac var. Biz ilk növbədə Maliyyə Nazirliyi ilə bu məsələdə sıx çalışırıq və inanırıq ki, yaxın dövrlərdə bu proses başa çatdırılacaq. İkinci vacib məqam budur ki, bu il Vergilər Məcəlləsinə edilmiş dəyişiklilkərdə post-terminallardan istifadə edən, ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin əlavə vergi güzəştləri tətbiq edilib. Qanunvericilikdə müvafiq səlahiyyətlər olduğu təqdirdə Vergilər Nazirliyi tərəfindən hüquqi tədbirlərin həyata keçirilməsi mümkündür”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Vergilər-Nazirliyi   Mikayıl-Cabbarov  





Xəbər lenti