Vergilər naziri: “Post-terminalların sayı 16% azalıb”
Nazir bildirib ki, Vergilər Nazirliyi həmin qurumlarla birgə çalışır: “Nağd pul kütləsinin cəmi pul kütləsində xüsusi çəkisi 2017-ci ilin dekabr ayı ilə müqayisədə 2018-ci ilin dekabrında 60,1%-dən 51,9%-ə qədər azalıb. Düşünürəm ki, bu rəqəm dinamikanın hansı istiqamətə yönəldiyini aydın şəkildə göstərir. Eyni zamanda 2016-ci illə müqayisədə post-terminalların sayında 16%-dək azalma olub. 2016-ci ildə 80 301 ədəd idisə, iyunun 1-nə 67 032 post-terminal qeydiyyatdadır. Eyni zamanda, hazırda ölkədə 6 mln. 721 min ədəd ödəniş kartı mövcuddur”.
Anar Kəlbiyev
Azvision.az
Teqlər: Mikayıl-Cabbarov Vergilr-Nazirliyi