Kimlər “Yanardağ”ı ziyarət edirsə, onlar sığortalanır

Kimlər “Yanardağ”ı ziyarət edirsə, onlar sığortalanır
  13 İyun 2019    Oxunub:2108
"Yanardağ" Tarix-Mədəniyyət və Təbiət Qoruğu ərazisinə marşrut xətləri var və hər kəs istifadə edir. Lakin Bakı Nəqliyyat Agentliyinə müraciət edəcəyik ki, bura daha müasir avtobuslar ayrılsın və onların sayı artırılsın".
Azvision.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib. Onun sözlərinə görə, qoruğa tur avtobusları da gəlir.

"Buranı ziyarət etmək üçün, bir saatdan bir Hökumət evinin yanından "Baku city tour" avtobusları yola çıxır və onlar həm "Yanardağ"a, həm də "Atəşgah"a gedir. Avtobuslardan istifadə zamanı, eləcə də qoruq ərazisinə girərkən turistlər "Bakı kart"lardan istifadə edilə bilərlər. Bu zaman endirimlərdən yararlanmaq mümkün olacaq".

K.Quluzadə gələcəkdə qoruq ərazisində tibb məntəqəsinin açılacağını əlavə edib: "Kim bilet alıb, qoruq ərazisində daxil olursa, onlar artıq sığortalanır və hər hansı hadisə olsa, şəxslərə yardım edilir".

Aytən Zəhra
Azvision.az


Teqlər:





Xəbər lenti