Təhsil müəssisələri ilə bağlı layihə qəbul edildi - Rüsumlar azaldıldı

 Təhsil müəssisələri ilə bağlı layihə qəbul edildi -    Rüsumlar azaldıldı
  13 İyun 2019    Oxunub:1816
Milli Məclisin bu gün keçirilən plenar iclasında özəl təhsil müəssisələrinin akkreditasiyadan keçməsi üçün rüsumları nəzərdə tutan layihə II oxunuşda qəbul edilib.

Azvision.az xəbər verir ki, iclasda bununla bağlı "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsi müzakirə olunub.
Qanuna əlavə edilən edilən 31-1 maddəsinə əsasən, akkreditasidan keçmək üçün məktəbəqədər təhsil müəssisələri 2 000 manat, ümumtəhsil müəssisələri 5 000 manat, məktəbdənkənar təhsil müəssisələri 5 000 manat, peşə təhsili müəssisələri 10 000 manat, orta ixtisas təhsili müəssisələri 12 000 manat, ali təhsil müəssisələri 20 000 manat, əlavə təhsil müəssisələri 12 000 manat, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr də 12 000 manat dövlət rüsumu ödəməlidir.

Xatırladaq ki, birinci oxunuşda təklif edilən belə idi: Akkreditasiyadan keçmək üçün məktəbəqədər təhsil müəssisələri 3 000 manat, ümumtəhsil müəssisələri 5 000 manat, məktəbdənkənar təhsil müəssisələri 7 000 manat, peşə təhsili müəssisələri 10 000 manat, orta ixtisas təhsili müəssisələri 15 000 manat, ali təhsil müəssisələri 20000 manat, əlavə təhsil müəssisələri 15000 manat, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr də 15 000 manat dövlət rüsumu ödəməlidir.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Milli-Məclis   Rüsum   Təhsil  





Xəbər lenti