“Yeni rüsumlar heç bir gərginlik yaratmır” - Komitə sədri

“Yeni rüsumlar heç bir gərginlik yaratmır” -    Komitə sədri
  13 İyun 2019    Oxunub:1437
“Ödənişli təhsil alan tələbənin bir illik ödənişi təxminən 3000-4000 manatdır. Özəl bağçaya gedən uşaqlar üçün isə aylıq 250-300 manat ödənilir”.
Azvision.az xəbər verir ki, bunu "Dövlət rüsumu haqqında" qanuna əlavə edilən dəyişikliklərin müzakirəsi zamanı Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib.

Komitə sədri bildirib ki, qanuna təklif olunan dəyişiklikdəki rəqəmlər özəl təhsil müəsissələri üçün heç bir gərginlik yaratmır: “Bu, Azərbaycan reallığını əks etdirir və minimum xərclərdir”.

Qeyd edək ki, "Dövlət rüsumu haqqında" qanuna əlavə edilən edilən 31-1 maddəsinə əsasən, akkreditasidan keçmək üçün məktəbəqədər təhsil müəssisələri 2 000 manat, ümumtəhsil müəssisələri 5 000 manat, məktəbdənkənar təhsil müəssisələri 5 000 manat, peşə təhsili müəssisələri 10 000 manat, orta ixtisas təhsili müəssisələri 12 000 manat, ali təhsil müəssisələri 20 000 manat, əlavə təhsil müəssisələri 12 000 manat, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr də 12 000 manat dövlət rüsumu ödəməlidir.

Anar Kəlbiyev
Azvision.az


Teqlər:





Xəbər lenti