Avropa ölkələrinin Azərbaycanda 1600 şirkəti var
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat naziri Şahin Mustafayev deyib. Nazir bildirib ki, Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələr uğurla inkişaf edir:
Ş.Mustafayev Avropa İttifaqı ölkələrinin Azərbaycana kifayət qədər sərmayə yatırdığını deyib: “Azərbaycanın investisiya imkanları yüksəkdir. Azərbaycanda fəaliyyət göstərən Avropa İttifaqı ölkələri şirkətlərinin sayı ilbəil artır. Bu gün həmin şirkətlərin sayı 1600-ə yaxındır. Bu kifayət qədər yaxşı rəqəmdir. Eyni zamanda, Azərbaycan Avropa İtifaqının enerji təhlükəsizliyi sahəsində önəmli rol oynayır. Ölkəmizdə cəlbedici biznes mühiti yaradılıb. Azərbaycanda həyata keçirilən islahatlar bəllidir. Bir sıra istiqamətlərdə artıq böyük uğurlar əldə olunub. Bilirsiniz ki, Azərbaycan Dünya Bankının reytinqi üzrə 25-ci yerdədir. Bu, bir il ərzində əldə edilən rəqəmdir. Belə ki, 1 ildə Azərbaycan reytinq cədvəli üzrə 32 pillə irəliləyib. Bununla yanaşı, gələcəkdə məhkəmə-hüquq sistemi və investisiya hüquqları haqqında qanunlar hazırlanır. Hazırda həmin qanunlar müzakirə edilir. Gələcəkdə bu qanunların tətbiqi mövcud münasibətlərin daha da yaxşılaşmasına xidmət edəcək”
Elvin Abdulqədirov
Azvision.az
Teqlər: Şahin-Mustafayev Aİ Sərmayə