235 min hektardan artıq ərazidə taxıl biçini aparılıb

  12 İyun 2019    Oxunub : 553
235 min hektardan artıq ərazidə taxıl biçini aparılıb
İyunun 12-nə olan operativ məlumata görə, ölkə ərazisində 235159 hektar ərazidə taxıl biçini aparılıb, 203507,7 hektar ərazidə arpa, 31651,3 hektar ərazidə buğda biçini başa çatıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Azvision.az -a verilən məlumata görə, ümumilikdə, bu günədək ölkə üzrə 699511,7 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 29,7 sentner təşkil edir.

Bərdə rayonunda arpa biçini başa çatıb. Kürdəmir rayonunda isə arpa biçini başa çatmaq üzrədir. Rayon ərazisində arpa əkilmiş 29926 hektar sahənin 28944 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 33,3 s/ha təşkil edir. Neftçala, Şəki, Biləsuvar, Sabirabad, Cəlilabad, Zərdab, Yevlax, Bərdə, Beyləqan, Samux, Goranboy, Qax, Masallı, Ağcabədi, Füzuli, AğdamTərtər rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib.

Digər rayonlarda da arpa biçini qrafikə uyğun davam etdirilir. Qeyd edək ki, bu il Azərbaycan ərazisində 1009139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677793 hektarı buğda, 331346,8 hektarı arpa sahəsidir.

Azvision.az

Teqlər: KTN   Taxıl