Dini icma Fondun dəstəyi ilə müsabiqə elan edir
I. Mükafatlandırma
I yer - 1 nəfər - 800 manat
II yer - 2 nəfər - 600 manat
III yer - 3 nəfər - 500 manat
Həvəsləndirici mükafat 5 nəfər – 150 manat
II. Müsabiqə şərtləri
Müsabiqəyə aşağıdakı istiqamətlər üzrə yazılan yazılar qəbul ediləcək:
1. Azərbaycanda şeyxülislamlığın tarixi inkişaf mərhələləri.
2. Şeyxülislamlıq institutunun milli-mənəvi dəyərlərimizin qorunmasındakı rolu.
3. Şeyxülislam Allahşükür Paşazadə və dövlət-din münasibətləri.
4. Dünyada sülhün, mədəniyyətlərarası və dinlərarası dialoqun gücləndirilməsi istiqamətində Şeyxülsilam Allahşükür Paşazadənin fəaliyyəti.
Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək;
Mövzunu dolğun əhatə etmə səviyyəsi;
Faktlardan istifadə xüsusiyytələri və araşdırmanın keyfiyyəti;
İfadə vasitələrinin zənginliyi;
Oxucu üçün informasiyalılıq dərəcəsi;
Müsabiqəyə 2019-cu ilin iyun ayının 12-dən iyul ayının 22-dək müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq.
Müsabiqə üçün dil məhdudiyyəti nəzərdə tutulmur;
Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır;
Yazıda ““Şeyxülislam Allahşükür Paşazadə-70” mövzusundakı müsabiqəyə təqdim olunur” qeydi olmalıdır.
Qeyd:
Yazı müəllifi konkret kütləvi informasiya vasitəsində çalışmalıdır.
IV. Yazıların təqdim edilməsi
Müsabiqə üçün yazılar ayrıca zərfdə şəxsən və elektron qaydada təqdim olunmalıdır.
Təqdimat zərfində yer almalıdır:
yazı təqdim edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti;
yazı təqdim edən şəxsin konkret kütləvi informasiya vasitəsində işlədiyini təsdiqləyən sənədin surəti;
yazı təqdim edən şəxsin əlaqə vasitələri – ev və iş telefonu, mobil telefonu;
müsabiqə üçün verilmiş yazının yayımlandığı qəzet və jurnalın 1 nüsxəsi (PDF variant);
yazı elektron media resursunda verilibsə, bunu təsdiqləyən link;
materialın A4 formatlı kağız vərəqində nüsxəsi (elektron qaydada word faylda, nüsxədə müəllifinin adı göstərilməməlidir);
Qeyd 1: yazını elektron qaydada təqdim etmək istəyən şəxslər yuxarıda göstərilən sənədləri [email protected] elektron poçt ünvanına təqdim etməlidirlər.
Müsabiqə üçün yazılar 2019-cu ilin iyun ayının 12-dən iyul ayının 22-dək həftənin iş günləri saat 10.00-dan 17.00-dək Bakı şəhəri, Tiblisi prospekti 35 (ASK plaza, 4-cü mərtəbə) ünvanında qəbul ediləcək. Həmçinin müsabiqə materialları [email protected] elektron poçt ünvanına da göndərilə bilər.
Təqdimat prosesində müsabiqə şərtlərinin hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və material qəbul edilməyəcək.
Qeyd 2: Müsabiqə qaliblərinin adları 2019-cu il 12 avqust tarixinədək açıqlanacaq.
Əlaqə telefonu:
(012) 464 92 55
(070) 585-45-63
Azvision.az
Teqlər: Jurnalist