“Əsas odur ki, işçilərin hüquqları pozulmasın” - Rəis müavini
"Bu, 5 il əvvəl yoxlamaların çox olması ilə əlaqədar idi. 5 il əvvəl inzibati xətalara görə, 4 milyon yarım manata qədər cərimə tətbiq edilmişdisə, ötən il inzibati xətalara görə tətbiq olunan cərimə 1 milyon 300 min manat olub. Bu da yoxlamaların sayına mütənasibdir. Əsas cərimələnmə deyil, əsas odur ki, iş yerləri sağlamlaşdırılsın, nöqsanlar aradan qaldırılsın və işçilərin hüquqları pozulmasın".
N.Əhmədov qeyd edib ki, yol verilmiş pozuntuların təhlili ən çox pozuntu halının (36%) əmək müqavilələrin bağlanmasında olduğunu deyib.
"Bundan əlavə, pozuntu halları əməyin mühafizəsinin tibbi-sosial məsələləri, əmək haqqının hesablanması, texniki təhlükəsizlik qaydalarına əməl edilməsi və başqa hallarda olub. İqtisadiyyatın sahələri üzrə hüquq pozuntuları əsasən topdan və pərakəndə ticarət, avtomobillərin təmiri sektorunda olub (40,4 %)".
Aytən Zəhra
Azvision.az
Teqlər: ƏƏSMN