Azay Quliyev "Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması"nın koordinatoru seçilib
Platforma çərçivəsində regional təhlükəsizliyə təhdid yaradan amillərin qarşısının alınması yolları, qarşılıqlı inam və dialoqun gücləndirilməsi, iştirakçı ölkələr arasında əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsi, nəqliyyat və energetika sahələrində mövcud əlaqələrin inkişaf etdirilməsi məsələlərini müzakirə etmək üçün hər il iyun ayında Bakıda Regional təhlükəsizlik və əməkdaşlıq üzrə Parlament Konfransı keçiriləcək.
Qeyd edək ki, Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev "Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması"nın koordinatoru seçilib.
Elvin Abdulqədirov
Azvision.az
Teqlər: Parlament Dialoq Platforma