“Məqsəd kölgə iqtisadiyyatının həcmini azaltmaqdır” - Nazir müşaviri
"Müsbət meyllərdən biri odur ki, qeyri-neft sektorundan daxilolmalarda 18%-dən çox artım qeydə alınıb, proqnoz 116% proqnoz icra olunub. Vergi daxilolmalarında artım tempi qeyri-neft sektorundakı ÜDM-in nominal artım tempini 2 dəfə üstələyib. Bütövlükdə 4 ayda vergi daxilolmalarında qeyri-neft sektorunun xüsusi çəkisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 62%-dən 67%-ə yüksəlib. Müsbət trendlərdən biri də qeyri-neft sektorunun özəl bölməsindən vergi daxilolmalarının 22%-dən çox artmasıdır”.
O, qeyd edib ki, Vergilər Nazirliyinin əsas məqsədi kölgə iqtisadiyyatının xüsusi çəkisini azaltmaq, şəffaflığı və vergi güzəştlərinin iqtisadi səmərəsini artırmaq, vergi inzibatçılığını ən müasir səviyyədə qurmaq, vergi ödəyicilərinin hüquqlarını maksimum qorumaqdır:
"Aksiz vergilərində 32 faiz, qeyri-neft sektorundan daxil olan aksizlərdə isə dörd dəfədən çox artım olub. Qeyri-neft sektoru üzrə mənfəət daxilolması üzrə 39 faizə qədər artım müşahidə olunub”, deyə müşavir qeyd edib.
Aytən Zəhra
Azvision.az
Teqlər: Vergi