Mayda sutkalıq neft hasilatı 776 min barrel olub
Qeyd edək ki, cari ilin yanvar-may aylarında orta gündəlik neft hasilatı 771,2 min barrel təşkil edib.
Energetika Nazirliyi mart ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.
2018-ci ilin dekabrın 7-də Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı razılıq əldə olunub. “Əməkdaşlıq Bəyannaməsi”nin icrası 2019-cu ilin I yarısı üçün nəzərdə tutulub.
Azvision.az
Teqlər: Neft