Mikroavtobus yük maşını ilə toqquşdu – FOTOLAR

  26 Noyabr 2013    Oxunub : 597
Mikroavtobus yük maşını ilə toqquşdu – FOTOLAR
Ağstafada mikroavtobus yük maşını ilə toqquşub: ölənlər var.
Ağstafa rayonuda ağır yol qəzası baş verib. AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, bu gün axşam saatlarında sərnişin mikroavtobusu "KamAZ" markalı yük maşını ilə toqquşub. Qəza zamanı mikroavtobusda olan 8 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Avtobus yük maşını ilə toqquşduqdan sonra yol kənarında dayanan piyadanı da vurub.

Qəza nəticəsində ilkin məlumata görə, 2 nəfər ölüb. Hələlik onların adları bəlli deyil.
Digər yaralılar isə mərkəzi rayon xəstəxanasına çatdırılıblar.

Rayonun hüquq mühafizə orqanı əməkdaşları ilə birgə prokuror da hadisə yerinə yollanıb.

Foto


Teqlər: