Mərkəzi Bank 150 milyon manat cəlb edir

Mərkəzi Bank 150 milyon manat cəlb edir
  07 İyun 2019    Oxunub:1548
İyunun 10-da Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.
Azvision.az banka istinadən xəbər verir ki, hibrid hərracda 150 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 6,51-8,49 faiz təşkil edir.

Azvision.az



Teqlər: Mərkəzi-Bank  





Xəbər lenti