Azərbaycan ilk dəfə Avropanın ən iri nəqliyyat sərgisində
Bugün öz işinə başlayan sərgi iyunun 7-dək davam edəcək. “Nəqliyyat və Logistika” sərgisi nəqliyyat va logistika sektorunun bütün prosesləri ilə tanış olmağa imkan verir. Burada Almaniyadan və dünyanın hər yerindən qatılan iştirakçılara, eyni zamanda geniş əhatəli konfrans proqramı təklif edilir və məlumat mübadiləsi uçun platformalar yaradılır.
Qeyd edək ki, ekspozisiya sərgi mərkəzinin 10-dan artıq pavilyon və açıq meydançasında yerləşdirilib. 115 000 m2 sahəni əhatə edən sərgiyə 62 ölkədən 2 500-ə yaxın iştirakçı qatılıb. Bunlar nəqliyyat, logistika, yükdaşıma və yüksək texnologiya üzrə dünyanın aparıcı şirkətlərinin təmsilçiləridir.
Sərgiyə 123 ölkədən 60 000-dən artıq ziyarətçinin baş çəkəcəyi gözlənilir. Hər bir ildən bir keçirilən “Nəqliyyat və logistika” sərgisi bu tip sərgilər arasında xüsusi seçilir. Avropanın ən böyük sərgisi hesab olunan Münhen sərgisi dünyada miqyasına görə ilk beşliyə daxildir.
Azvision.az