Azərbaycanda aqrar sığorta könüllü olacaq
Həmin təkliflər ikinci oxunuşda nəzərə alınıb. Bununla da, aqrar sığorta sistemi anlayışı daha da təkmillləşdirilib. Bunun könüllü sığorta kimi həyata keçiriləcəyi layihədə əks olunub. Eyni zamanda, aqrar sığorta müqaviləsi sığortalı və idarəedici qurum tərəfindən yazılı formada bağlanır.
Aqrar sığorta ödənişi haqqında qərar isə sığorta qaydalarına uyğun olaraq, sığorta ödənişinin verilməsi üçün tələb olunan bütün sənədlər təqdim edildikdən sonra aqrar sığorta orqanı 7 iş günü ərzində sığorta ödənişinin tam və ya qismən verilməsi və ya ödənişin verilməsindən imtina barədə qərar qəbul edir. Həmçinin, idaredici qurumun fəaliyyətinin təmin edilməsi üçün aqrar sığorta orqanı tərəfindən ödənilən vəsait həmin dövr üzrə ödənilən sığorta haqlarının 15 faizindən çox olmamalıdır. Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Anar Kəlbiyev
Azvision.az
Teqlər: Milli-Məclis Sığorta