Dövlət Avtomobil Nəqliyyatı Xidməti gücləndirilmiş iş rejiminə keçir

Dövlət Avtomobil Nəqliyyatı Xidməti gücləndirilmiş iş rejiminə keçir
  03 İyun 2019    Oxunub:3418
Respublikanın 62 avtovağzal və avtostansiya kompleksində Ramazan bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimi iyunun 4-dən 7-nə qədər davam edəcək.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) Azvision.az -a verilən məlumata görə, sərnişinlərə bayram günlərində yollarda gözlənilən sıxlığı nəzərə alaraq qeyri-qanuni daşımalarla səfərlər etmək tövsiyə olunmur.

Qeyd edək ki, ötən il 62 avtovağzal və avtostansiya kompleksindən Ramazan bayramı ilə əlaqədar ümumilikdə 54 min 542 nəfər sərnişin daşınıb. Paytaxtdan regionlara səfər edənlərin üstünlük təşkil etməsi ilə əlaqədar sıxlıq daha çox Bakı Beynəlxalq Avtovağzal Kompleksində müşahidə edilib. Sərnişin axınının bu il ötən ilə nisbətən daha çox olacağını ehtimal edərək biletləri öncədən regional avtovağzal və avtostansiyalardakı kassalardan əldə etmək tövsiyə olunur. Region avtovağzallarından növbəti ən böyük sıxlığın Gəncə, Mingəçevir və Şirvanda müşahidə ediləcəyi ehtimal olunur.

DANX olaraq sərnişinlərdən xahiş edirik ki, hər hansı süni qiymət artımı ilə qarşılaşacaqları təqdirdə (012) 562-67-58 nömrəsinə zəng edərək məlumat versinlər.

"Hello Nature-from the Capital to Nature" layihəsinə uyğun aksiyanın davamı olaraq regionlara səfərlərlə bağlı məlumat kitabçalarını nəqliyyat könüllüləri Bakı Beynəlxalq Avtovağzal Kompleksində, Heydər Əliyev Beynəlxalq Aeroportunda və Fəvvarələr Meydanında turistlərə təqdim edəcəklər.

Azvision.az



Teqlər: DANX   Bayram  





Xəbər lenti