Problemli kreditlərlə bağlı 600 milyon manat ayrılıb
Bildirilib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Maliyyə Nazirliyinə təqdim olunan siyahı əsasında bu il aprelin 18-də 350,8 milyon manat, mayın 6-da 53,5 milyon manat, mayın 14-də 26,3 milyon manat, mayın 15-də 42,6 milyon manat, mayın 23-də 46,2 milyon manat və son olaraq mayın 31-də 80,6 milyon manat məbləğində vəsaitlər bankların, ləğvetmə prosesində olan bankların və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı müxbir hesablarına köçürülüb. Beləliklə, bu günkü tarixə Maliyyə Nazirliyi tərəfindən fiziki şəxslərin problemli kreditləri üzrə kompensasiyaların 91,4 faizi bankların, ləğvetmə prosesində olan bankların və poçt operatorunun Mərkəzi Bankdakı hesablarına köçürülməsi təmin edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il fevralın 28-də imzaladığı Fərmanda baş vermiş devalvasiyalar nəticəsində dəymiş zərərlə bağlı fiziki şəxslərə hesablanmış kompensasiya məbləğinin 3 aydan gec olmayaraq dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi tapşırılmışdı.
Azvision.az
Teqlər: