Bakıda Beynəlxalq Xəzər Neft və Qaz konfransı işə başladı
Azvision.az xəbər verir ki, konfransa dünyanın 30-dan çox ölkəsini təmsil edən 600-dən artıq nümayəndə qatılıb.
Tədbir çərçivəsində məruzəçilər ilə “onlayn” rejimdə ünsiyyət yaratmağa imkan verəcək mobil tətbiqin istifadəyə verilməsi planlaşdırılır.
Qeyd edək ki, bu il deleqatların sayında 30% artım gözlənilir.
Əlavə tədbirlər proqramına yerli və xarici şirkətlərin nümayəndələrinə öz məhsul və xidmətləri barədə sənayenin aparıcı iştirakçılarına məlumat vermək, əməkdaşlıq yollarını müzakirə etmək və satışlarının coğrafiyasını genişləndirmək üçün imkan yaradacaq B2B formatlı ikitərəfli görüşlərin təşkili daxildir.
Xatırladaq ki, Xəzər Neft və Qaz sərgisinin tərkib hissəsi olan konfrans 2 gün davam edəcək.
Elvin Abdulqədirov
Azvision.az
Teqlər: Konfrans