Problemli kreditlərdə zaminliyə xitam verilir
AzVision.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, artıq bir sıra problemli kreditlərin restrukturizasiyasına başlanılıb:
V.Bayramov qeyd edib ki, əgər bank restruktrizasiya olunacaq problemli kreditin yeni şərtləri ilə bağlı kredit götürən vətəndaş ilə razılıq əldə etməzsə, o zaman bank restrukturizasiya müqaviləsi bağlamaya bilər: “Şərtlər əvvəlki kredit xəttindən ağır olmamalıdır, amma qaydalara əsasən restrukturizasiya üçün bank ilə müştərinin öncədən razılığına ehtiyac var. Əgər restrukturizasiya müqaviləsi bağlanacaqsa, o zaman zaminlər artıq zamin hesab olunmayacaqlar və onların heç bir öhdəliyi olmayacaq. Deməli, əgər siz zamin olmusunuzsa və həmin kredit xəttinin restrukturizasiya ilə bağlı yeni müqavilə imzalanıbsa, o zaman siz artıq zamin hesab edilmirsinz və hətta yeni kredit üzrə gələcəkdə yubanma olsa belə sizdən daha krediti götürənin əvəzinə ödəniş etmək tələb oluna bilməz”.
Azvision.az