Huawei-ə ağır siyasi zərbə: ABŞ Çin şirkətinin gələcəyini məhv etdi
Praktikada bu, o deməkdir ki, bundan sonra Huawei Android əməliyyat sisteminin yeni versiyalarından istifadə edə bilməyəcək. Həmçinin “Google Play”, Gmail və axtarış nəhənginin digər məhsulları Çin şirkətinin bundan sonra istehsal edəcəyi telefonlarında işləməyəcəklər. Hazırkı telefonlarda olan proqramlar isə çalışmaqda davam edəcək.
Amma Huawei şirkəti özünün Android əməliyyat sistemi ilə işləyən telefonlarını bundan sonra da dəstəkləyəcəyini bildirib. Qeyd edək ki, sanksiyanın Huawei-in Çində yaşayan istifadəçilərinə heç bir təsiri olmayacaq, çünki Çində onsuz da Google-un məhsullarından istifadə edilmirdi.
Google ilə Huawei arasında olan əməkdaşlığın ləğvi xeyli müddətdir davam edən ABŞ-Çin texnoloji müharibəsinin nəticəsidir. Hələ ötən ilin avqustunda Tramp rəsmi qurumlarda işləyən şəxslərə Huawei və ZTE məhsullarından istifadəni qadağan etmişdi. Ondan sonra gərginlik artan xəttlə davam edirdi.
Çin tərəfi ABŞ-ın casusluq və texnologiya oğurluğu ittihamlarını qəbul etmir, qərardan şikayət verməyə hazırlaşır.
Ekspertlərin fikrincə, ABŞ hökuməti sadəcə, bu bəhanələrlə Çini öz daxili texnoloji məhsullar bazarından sıxışdırıb çıxarmaq istəyir. Belə ki, hazırda beşinci nəsil (5G) mobil qurğular sferasında kimin dominant olacağı ilə bağlı amansız rəqabət gedir. Bu texnologiyanı dəstəkləyən smartfonları Huawei hamıdan qabaq buraxmağı planlaşdırırdı. Çin şirkəti dünyada 5G şəbəkəsinin qurulması işində liderliyi ələ ala bilərdi. Amma ABŞ-ın son qərarı onu bu perspektivdən məhrum etdi.
Leyla Elbrusqızı
Azvision.az