Gəncədə Nəsiminin canlı portreti yaradılıb - FOTO+VİDEO

   Gəncədə Nəsiminin canlı portreti yaradılıb -    FOTO+VİDEO
  16 May 2019    Oxunub:5260
Gəncənin Heydər Əliyev meydanında 3 minə yaxın gəncin iştirakı ilə şair və mütəffəkir İmadəddin Nəsiminin canlı portreti yaradılıb.
Azvision.az -ın məlumatına görə, porter Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı, gəncəli gənc Mobil Qarayevin təşəbbüsü ilə ərsəyə gəlib. Dahi şairin canlı portertinin yaradılmasını Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, struktur rəhbərləri, ictimaiyyət nümayəndələri və şəhər sakinləri də izləyiblər. Layihənin rəhbəri Mobil Qarayev qeyd edib ki, bu, minlərlə gəncin iştirakı ilə Gəncənin baş meydanında yaradılan ikinci portretdir. “Bildiyiniz kimi cənab Prezident İlham Əliyevin Sərəncamına əsasən bu il “Nəsimi ili” elan edilib. Sərəncamdan dərhal sonra layihəni reallaşdırmaq qərarına gəldim. Layihə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən dəstəkləndi. Bu gün isə gənclərimizlə birgə onu həyata keçirtdik”, - deyə Mobil Qarayev qeyd edib.



O həmçinin bildirib ki, bu cür layihələr davamlı olacaq. Növbəti mərhələdə Gəncənin baş meydanında 10 dahi şəxsiyyətin biri-birini əvəzləyən portretlərinin, futbol xoreoqrafiyasının qurulması palnalşdırılır. Qeyd edək ki, bu, Gəncədə minlərlə gəncin iştirakı ilə təşkil olunan sayca 5-ci flaşmobdur. İlk flaşmob 10 min gəncin iştirak ilə Ulu Öndər Heydər Əliyevin canlı portreti və imzasının yaradılması olmuşdu. Növbəti illərdə isə şəhərin baş meydanında “Baku-2015” Avropa Oyunlarının, “Gəncə Avropa Gənclər Paytaxtı - 2016”-nın və “Baku-2017” İslam Həmrəylik Oyunlarının canlı loqoları yaradılmışdı.



Xatırladaq ki, 2019-cu ildə Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 2019-cu ili “Nəsimi ili” elan edib.

Azvision.az


Teqlər: Gəncə   Nəsimi  





Xəbər lenti